Press "Enter" to skip to content

Əmir Teymur haqqında Çağatay türkcəsində yazılmış əlyazma

BAYRAQDAR MEDİA – Teymurilər imperiyasının banisi, böyük türk dövlət xadimi və sərkərdəsi Əmir Teymurun həyatı və yürüşləri haqqında yazılmış ən qədim əsər Tacikistanda tapılıb. Çağatay türkcəsində yazılmış nadir əlyazma böyük marağa səbəb olub.

Məlumata əsasən, TRT Daşkənd nümayəndəliyi 11 oktyabrda rəsmi sosial media hesabından verdiyi açıqlamada “Tacikistanda Əmir Teymurla bağlı yeni tarixi əsər tapıldı” açıqlamasına yer verib. Əmir Teymur haqqında ilk dəfə üzə çıxan əlyazması elm dünyasının və mütəxəssislərin diqqətini çəkib.

Qeyd edilib ki, Tacikistanda tapılan əsərin sonunda nüsxənin hicri 1027-ci ilin rəcəb ayında yazıldığı bildirilir: “Qriqorian təqviminə görə 1618-ci ilin iyuluna uyğun gəlir. Əsərin kimlər tərəfindən harada və necə köçürülməsi ilə bağlı hələlik heç bir məlumat verilməyib. Əsərlə bağlı Özbəkistan mətbuatına açıqlama verən ekspertlər bu əsərin Teymur haqqında yazılmış ən qədim türk mətni olduğunu bildiriblər.

 

Mission News Theme by Compete Themes.