BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstana işgüzar səfərə gəlib.
Prezidentin Mətbuat xidməti xəbər verir ki, İ.Əliyev Qazaxıstanın paytaxtı Astanada eyni tədbirdə iştirak üçün gəlmiş dost Pakistanın Baş naziri Şehbaz Şəriflə görüşüb.
Pakistan Baş naziri Azərbaycanın ölkəsinə verdiyi dəstəyə görə razılığını bildirib.
Xəbərdə deyilir ki, iki ölkənin liderləri qarşılıqlı fikir mübadiləsi aparıb, bundan sonra da qarşılıqlı dəstək haqqında mövqe ifadə ediblər.
Daha sonra Ş.Şərif İ.Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.
İ.Əliyev də Pakistan Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət edib.