Son yeniləmə: 12 Oktyabr 2022 16:17
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 10,2 min şəxs sosial xidmətlərlə əhatə edilib.
Onlardan tənha ahıl və əlilliyi olan 6531 şəxsə evlərində səyyar formada sosial-məişət, mütəxəssislər tərəfindən sosial reabilitasiya, sosial-hüquqixidmətlər göstərilib.
Agentliyin sosial xidmət müəssisələrində 1 min 759 şəxs (o cümlədən 18 yaşınadək əlilliyi olan 312 şəxs) daimi dövlət təminatında olmaqla stasionar sosial xidmətlərlə əhatə olunub.
Həssas kateqoriyadan olan 721 şəxsində yarımstasionar formada sosial xidmətlərlə təminatı həyata keçirilib.
Sosial xidmət layihələri çərçivəsində isə 25 şəhər və rayon üzrə 1 min 221 uşaq sosial reabilitasiyaya cəlb olunub.