Son yeniləmə: 12 Oktyabr 2022 13:32
BAYRAQDAR MEDİA – Azərbaycan Gənclər Fondunun dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə “Stop or Stop it” layihəsinin ilk mərhələsi başa çatıb.
Bu barədə oktyabrın 12-də “İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən BAYRAQDAR MEDİA-ya məlumat verilib.
Bildirilib ki, layihənin birinci mərhələsində ümumilikdə 25 nəfər gənc kiberbullinq, uşaqlarla sosial iş, insan hüquqları, komanda quruculuğu, fizioqnomika, şəxsiyyətin formalaşması, “təlimçilər üçün təlim”, effektiv ünsiyyət bacarıqları və digər mövzularda müxtəlif təlim sessiyalarında iştirak edib: “Layihənin növbəti mərhələsində gənclər öyrəndikləri bilik və təcrübələri təlim və görüş formatında digər gənclərlə bölüşərək, bu sahədə təlimçi kimi formalaşacaqlar. Qeyd edək ki, layihənin əsas məqsədi bullinqin fəsadları haqqında maarifləndirmə aparmaq, uşaq, məktəbli və yeniyetmələr arasında bullinqə qarşı mübarizə vərdişlərini gücləndirmək, habelə gənclərdə özünəinam, şəxsiyyət hissinin formalaşdırılmasında yardımçı olmaqdır”.