Press "Enter" to skip to content

İlham Əliyev: Azərbaycanlılar və qırğızlar bir-birinin dilini anlamalıdır

Heydər Əliyev haqqında kitabın təqdim edilməsi

BAYRAQDAR MEDİA – Azərbaycan Prezidentinin qardaş Qırğızıstana dövlət səfərinin birinci günü rəsmi qəbulla başa çatıb.

Xəbəri Prezidentin Mətbuat Xidməti verib.

Xəbərdə deyilir ki, oktyabrın 11-də Qırğızıstan Prezidenti Sadır Caparovun adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib.

Qəbul konsert proqramı ilə müşayiət olunub.

İlham Əliyevin Qırğızıstan səfərinin ilk günü məhsuldar olub

S.Caparov İ.Əliyevə Ulu Öndər Heydər Əliyevlə bağlı fotoalbom təqdim edib.

S.Caparov: “Hörmətli İlham Heydər oğlu. Bizim ölkədə Heydər Əlirza oğlu Əliyevin olduqca çox pərəstişkarı var. Bu, boş sözlər deyil. Bu, sübutdur – mən əlimdə “Azərbaycan xalqının dahi oğlu Heydər Əlirza oğlu Əliyev barədə xatirə” albomunu tutmuşam. Bu albomu onun pərəstişkarları hazırlayıblar və məndən xahiş ediblər ki, onu Sizə çatdırım. İcazənizlə Sizə təqdim edirəm”.

İ.Əliyev: “Hörmətli Sadır Nurqojoyeviç. Belə xatirə hədiyyəsinə görə sağ olun. Biz burada videokadrlarda Heydər Əlirza oğlunun “Manas”ın minilliyi təntənələrində iştirakını gördük və bizim nümayəndə heyətimizin bütün üzvləri, – mən onların hisslərinə şərikəm, – eyni hissləri, fəxarət hisslərini, onun Azərbaycan və Qırğız xalqlarının qardaşlıq yolunu davam etdirdiyimizlə bağlı hissləri keçirdik. Lakin Siz mənə hələ bir kitab da bağışlamışınız”.

S.Caparov: “Bu, sadəcə, qırğızlar haqqındadır”.

İ.Əliyev: “Qırğızlar haqqında Azərbaycan dilində kitabdır. Bu kitab ona görə hörmətə layiqdir ki, biz öz dillərimiz – ortaq köklərə malik Azərbaycan dili və Qırğız dili vasitəsilə bir-birimizi anlamalıyıq, bir-birimizin tarixi ilə fəxr etməliyik və bu gün razılaşdığımız kimi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün bizdən asılı olan hər şeyi etməliyik. Bir daha sağ olun”.

Prezidentlər sənətçilərlə
Prezidentlər sənətçilərlə
Mission News Theme by Compete Themes.