BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar ölkəsinin gələn ay Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olacağını açıqlayıb.
Verilən məlumata görə, E.Tatar bunu Erzincanda keçirilən Beynəlxalq Türk Dünyası Simpoziumundakı çıxışı zamanı bildirib.
E.Tatar Kıbrısda illərdir davam edən rum problemindən də danışıb. KKTC Cümhurbaşqanı çıxışında Kıbrısın rum tərəfinin mükafatlandırıldığını və təkbaşına Avropa Birliyinə üzv qəbul edildiyini deyib. E.Tatar avropalı yetkililərin Kıbrısın türk tərəfi ilə bağlı mövqeyini də açıqlayıb. Qeyd edilib ki, avropalıların yanaşması belədir: Kıbrıs türkləri yalnlz federal çətir altında AB-yə üzv ola biləcəklər, yaxud da ağır embaroqlar altında qalmaqda davam edəcəklər.
“Onlar belə düşünürlər, amma yanılırlar. Çünki arxamızda siz varsınız, Türkiyə Cümhuriyyəti və Türk Dövlətləri Təşkilatı var. Ona görə də siz bizim üçün çox dəyərlisiniz. Bu birlik, həmrəylik, milliyyətçilik və könül birliyi məzlum xalqın, Kıbrıs türk xalqının çəkdiyi ağrılar, soyqırımlar qarşısında gücümüzdür. Çünki biz sizlərin Doğu Akdenizdəki təmsilçisiyik. Doğu Akdeniz deyildikdə, ticarət yolları, enerji dəhlizi, oradakı Mavi Vətəndir. Bütün bunların cəmində orada böyük bir vətən parçası var və bu vətən parçası bütün türk dünyasının oradakı uzantısıdır”, – deyə əlavə edib.
KKTC üçün yeni bir dövrün başladığını söyləyən E.Tatar, “Gələn ay keçiriləcək Səmərqənd sammitində KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olacağı üçün sevincimi bəyan edirəm! KKTC türk dünyasının Doğu Akdenizdəki qalası və təmsilçisidir!”, -deyib.
[…] Ersin Tatar: KKTC Türk Dövlətləri Təşkilatına üzv olacaq […]