Press "Enter" to skip to content

Elmsiz insan kordur

Son yeniləmə: 12 Oktyabr 2022 17:25

Qırğızıstanda münaqişə bölgəsində bir məktəbin lövhəsində yazılanlar gündəm oldu

BAYRAQDAR MEDİA – Bir müddət öncə Tacikistanın qardaş Qırğızıstana hücumu nəticəsində sərhəddə silahlı toqquşmalar oldu. Bu zaman Qırğızıstan tərəfində çoxlu mülki vətəndaş və əsgər həyatını itirdi.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumatda deyilir ki, iki ölkə arasında atəşkəs razılaşmasından sonra hücuma məruz qalan Batken bölgəsində 195 məktəbdə təhsil dayandırılıb.

O da vurğulanıb ki, Qırğızıstanda münaqişə bölgəsində məktəblərin birinin ön lövhəsindəki yazı gündəm olub. Həmin lövhədə yazılan “Kutadqu Bilig”ə aid misra olub.

Məlumata əsasən, münaqişənin baş verdiyi bölgədəki məktəbin lövhəsində Qaraxanlılar və İslam dövrü türk ədəbiyyatının ilk böyük əsəri olan “Kutadqu Bilig”ə məxsus misra bugünkü qırğız türkcəsində belə yazılıb: “Sokur deşet bilimsizdi – cön debe, Okuu gana carık çaçat düynögö”.

“Kutadqu Bilig”ə aid olan bu misra əsərin Fərqanə nüsxəsində bu cür verilir (transkripsiya): Biligsiz karagu turur belgülüg, yorı ay biligsiz al ülüg (KB:179)

Misranın Türkiyə türkcəsinə tərcüməsi: “Elmsiz insan kordur; Gəz, ey cahil, elmdən payını al”.

Mission News Theme by Compete Themes.