Son yeniləmə: 12 Oktyabr 2022 11:28
BAYRAQDAR MEDİA – Qazilərin müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən ödənilir. Ağır yaralanan qazilərdən biri Yaqubov Rauf Qabil oğlu müalicə məqsədilə Türkiyəyə göndərilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 12-də ASAN xidmətdən məlumat verilib.
Bildirilib ki, “YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Fond qazinin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
“Xatırladaq ki, bu günə qədər 176 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 154-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib”, – deyə məlumatda qeyd edilib.