Son yeniləmə: 12 Oktyabr 2022 16:29
Prof. Dr. Fuat Erdal: Anadolu Universitetinə xarici tələbələr arasında böyük maraq var
BAYRAQDAR MEDİA – “Hər il olduğu kimi bu tədris ilində də Anadolu Universitetinə xarici tələbələr tərəfindən böyük maraq göstərilib. Bunu statistika da təsdiqləyir. 2022-23-cü tədris ilində biz formal təhsildə 800-ə yaxın xarici tələbə kvotası açdıq və onlar demək olar ki, doludur”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında qardaş Türkiyənin Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal deyib.
Onun sözlərinə görə, azərbaycanlı tələbələr Anadolu Universitetində təhsil alan xarici tələbələr arasında öz sayına görə birinci yerdədir.
Rektor universitetin açıq təhsil proqramlarına da böyük marağın olduğunu bildirib.
“Bildiyiniz kimi, ikinci universitet layihəsi çərçivəsində həm formal təhsil alan, həm də magistraturada oxuyan tələbələr açıq təhsil proqramlarından birinə yazılmaqla ikinci diplom almaq imkanı əldə edə bilərlər. Bununla bağlı qeydiyyat oktyabrın 24-dək davam edəcək. Yüksək keyfiyyətli ali təhsil almaq istəyən hər kəsi Anadolu ailəsinə dəvət edirik”, – deyə rektor əlavə edib.