Press "Enter" to skip to content

Əməkdaşlıq haqqında Anlaşma Memorandumu

İmzalanma mərasimi

Son yeniləmə: 12 Oktyabr 2022 13:57

BAYRAQDAR MEDİA – Oktyabrın 11-də Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Caparovun iştirakı ilə bir sıra sənədlər, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 12-də KOBİA-dan məlumat verilib.

Bildirilib ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev imzalayıblar: “Memorandumda ticarət və investisiya sahəsində əməkdaşlığıntəşviqi, bu sahələrdə, eləcə də KOB-larla bağlı həyata keçirilən tədbirlər, təcrübə və onlara göstərilən xidmətlərlə bağlı məlumat mübadiləsi, biznes missiyaların təşkili, qarşılıqlı olaraq iş adamları arasında ikitərəfli əlaqələrin inkişafına, biznes tərəfdaşların tapılmasına və əməkdaşlıq platformalarının yaradılmasına dəstəyin göstərilməsi kimi məsələlər nəzərdə tutulur”.

Mission News Theme by Compete Themes.