Press "Enter" to skip to content

“Xəzərin rəqsi” Suraxanıda

BAYRAQDAR MEDİA – Oktyabrın 15-də Əmircan qəsəbə Mədəniyyət evində “Xəzərin rəqsi” adlı rəqs müsabiqəsinin Suraxanı rayonu üzrə seçim turu keçiriləcək. Seçim turu Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə olacaq.

Bu barədə Baş İdarədən məlumat verilib.

Bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd rəqsdə inkişaf etdirmək, rəqs sənətinin qədim ənənələri qoruyub saxlamaq, milli çalarların təfsirinə yeni vüsət vermək, bu sənətin təbliğini genişləndirmək, həmçinin istedadları aşkar etmək, onların peşəkar inkişafının istiqamətləndirməkdir.
Qeyd edilib ki, “Xəzərin rəqsi” adlı rəqs müsabiqəsi oktyabr-dekabr aylarında keçirilir.

Mission News Theme by Compete Themes.