Son yeniləmə: 11 Oktyabr 2022 10:36
BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin rəhbəri Həsən Turan ölkədəki mövcud durumla bağlı növbəti çağırış edib.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Məlumata əsasən, H.Turan, türkmənlərin İraqın düşdüyü siyasi böhrandan xilas etmək üçün dialoq və tərəfdaşlığa sadiq olduqlarını bir daha bəyan edib. Partiyasının dövri toplantısında çıxış edən H.Turan ölkədə baş verən siyasi proseslərdən və türkmənlərin milli siyasi qərarların qəbul edilməsində rolundan danışıb.
O, türkmənlərin növbəti hökumətin qurulması üçün milli dialoq və tərəfdaşlığın tərəfdarı olduqlarını bildirib.
H.Turan İraq Türkmən Cəbhəsinin Türkmənelinin bütün vilayət və rayonlarında türkmən xalqının istəklərini həyata keçirmək üçün layihə və proqramlar hazırlamaqda davam etdiyini, İTC-nin onların qanuni hüquqlarının təminatçısı olduğunu bildirib.