Press "Enter" to skip to content

Daha iki rayonda…

Növbəti sessiyalar Xətai və Binəqədi rayonlarının ümumi təhsil məktəblərini əhatə edib

BAYRAQDAR MEDİABakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti üçün təşkil olunmuş metodiki seminar davam edir.

Qurumun mətbuat xidmətindən BAYRAQDAR MEDİA-ya bildirilib ki, növbəti sessiyalar Xətai və Binəqədi rayonlarının ümumi təhsil məktəblərini əhatə edib: “Metodiki seminarlarda Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İ.Həsənov, BŞTİ-nin müvafiq struktur bölmə əməkdaşları, TDM-in nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, fənn metodbirləşmə rəhbərləri, məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər. Məktəb direktorları üçün təşkil olunmuş seminarlarda TDM-in direktoru İlkin Həsənov məktəb mühiti, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, fənn olimpiadalarına hazırlıq və valideynlərlə işin qurulması məsələlərinə toxunub. İ.Həsənov metodiki seminarların əhəmiyyətindən və müzakirə olunan məsələlərin nəticələrindən də danışıb”.

Bildirilib ki, digər sessiyalarda təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəbdaxili metodiki işə nəzarət, istedadlı şagirdlərlə iş və s. müvafiq mövzularda çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb: “Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, seminarların əsas məqsədi tədrisin səmərəli təşkili işinə dəstək vermək, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir”.

Mission News Theme by Compete Themes.