Son yeniləmə: 11 Oktyabr 2022 11:32
BAYRAQDAR MEDİA – İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə oktyabrın 16-da test imtahanı verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 11-də Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Məlumata əsasən, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir: “Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq”.