Press "Enter" to skip to content

Əlaqələr strateji tərəfdaşlıq əsasında genişlənir

Sahil Babayevlə Macarıstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tamaş Tormanın tanışlıq görüşü

Son yeniləmə: 11 Oktyabr 2022 12:37

BAYRAQDAR MEDİA – “Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələr mövcuddur, bu gün də hər iki ölkənin rəhbərlərinin səyləri ilə Azərbaycanla Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədədir”.

Bu fikir əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevlə Macarıstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tamaş Tormanın tanışlıq görüşündə vurğulanıb.

Əmək və Əhalinin Sosial Müdafiə Naziriliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumat görə, görüşdə bildirilib ki, 2022-ci ildə Azərbaycan və Macarıstan diplomatik əlaqələrinin 30 ili tamam oldu: “Ötən dövrdə iki ölkə arasında imzalanan 50 sənəd, xüsusilə 2014-cü ildə imzalanan Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə əlaqələrin daha da dərinləşməsinəşərait yaradıb. 2022-ci ilin 8 ayında da Azərbaycan və Macarıstanın ticarət dövriyyəsi 9,2 faiz artıb və əsas hədəf əlaqələrin daha da genişlənməsidir”.

Məlumata görə, S.Babayev T.Tormanı yeni təyinatı münasibətilə təbrik edib: “S.Babayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərini diqqətə çatdırıb. Ərazilərimizin Ermənistanın işğalından azad edildiyini və təcavüzkar Ermənistan tərəfindən dağıdılmış həmin ərazilərdə böyük quruculuq işləri aparıldığını qeyd edib. Nazir macar şirkətlərinin də bu quruculuq işlərinə qoşulmaq istəyinin məmnunluq doğurğunu deyib. Bunun, habelə həmin işlərə cəlb olunacaq macar şirkətləri üçün Macarıstanın “EximBank”ının 120 milyon ABŞ dolları kredit xətti, azad edilmiş ərazilərin minalardan təmizlənməsi işinə Macarıstan tərəfinin 25 min avro qrant ayırmasının dostluq münasibətlərini bir daha ifadə etdiyini bildirib”.

Nazir S.Babayev iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini qeyd edib: “Ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin zəruriliyini vurğulayıb. Ölkəmizin sosial-iqtisadi inkişaf dinamikası barədə məlumat verən S.Babayev yerli və macar iş adamları arasında ikitərəfli işgüzar əlaqələrin önəmini diqqətə çatdırıb. Macar biznes dairələrinin də Ələt Azad İqtisadi Zonasında reallaşacaq layihələrdə iştirakda maraqlı ola biləcəyini deyib”.

Görüşdə həmçinin Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın fəaliyyətindən, bu ilin fevralında keçirilən Komissiyanın 8-ci iclasının yekunlarından bəhs olunub: “T.Torma ölkəsinin Azərbaycanla əlaqələri genişləndirmək əzmində olduğunu, ikitərəfli əməkdaşlığın daim inkişaf etdiyini, səfir kimi bu sahədə öz töhfəsini vermək üçün çalışacağını vurğulayıb”.
Görüşdə iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.