Press "Enter" to skip to content

Elm və təhsil naziri “ASAN”da…

Emin Əmrullayev Bakı şəhərində yerləşən 7 saylı "ASAN xidmət" Mərkəzində olub

Son yeniləmə: 12 Oktyabr 2022 10:50

BAYRAQDAR MEDİA – Elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhərində yerləşən 7 saylı “ASAN xidmət” Mərkəzində olub.

Nazirlikdən verilən məlumata görə, Emin Əmrullayev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə birgə burada elm və təhsil xidmətlərinin təqdimat prosesi ilə tanış olub.

Bildirilib ki, Mərkəzdə təhsil sahəsində vətəndaş müraciətləri üzrə cari təhsil alanlar üçün elektron arayışlar, şagirdlərin elektron yerdəyişməsi, təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi, təhsil tələbə kreditinə elektron müraciət, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu, ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu, məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat, uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı, ali təhsil pilləsinin bakalavriat səviyyəsi üzrə elektron sənəd qəbulu xidmətlərindən yararlanmaq mümkündür.

Mission News Theme by Compete Themes.