BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Bosniya və Herseqovinanın Demokratik Hərəkət Partiyasının Bakir İzzetbegoviçlə telefonla danışıb. Telefon danışığı zamanı oktyabrın 2-də Bosniya və Herseqovina keçirilən seçkilərin nəticələrini müzakirə edilib.
Məlumat üçün bildirək ki, oktyabrın 2-də Bosniya və Herseqovinada Rəyasət Heyətinin üzvlərinin, iki inzibati vahid üzrə rəhbərlərin, kanton üzvləri və deputatların müəyyən olunduğu ümumi seçkilər keçirilib.
Bununla bağlı məlumatda deyilir ki, seçicilərdən ciddi dəstək aldıqlarını bildirən B.İzzetbegoviç telefon danışığı zamanı partiyanın 2018-ci ildəki seçkilərlə müqayisədə bir çox bölgədə səslərini artırdığını qeyd edib.
R.T.Erdoğan pariyanın seçkilərdəki uğuru münasibətilə B.İzetbegoviçi təbrik edib, onun Bosniya və Herseqovina dövlətinin və xalqının mənafeyi uğrunda fəaliyyətini dəstəklədiyini bildirib.