Son yeniləmə: 7 Oktyabr 2022 13:08
BAYRAQDAR MEDİA – “YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata əsasən, müharibə əlili Elşən Fərzəliyevin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Fond tərəfindən görülən işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” bölməsindən əldə etmək mümkündür.