Press "Enter" to skip to content

Qeydiyyat müddəti uzadılıb

BAYRAQDAR MEDİABakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş VII Könüllülük Proqramına qeydiyyat prosesi oktyabrın 12-dək uzadılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktaybrın 7-də qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, VII Könüllülük Proqramına qatılmaq istəyən gənclər şəxsi məlumatlarını (CV) bu elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər: “Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər BŞTİ-nin struktur bölmələrində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar. İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü kimi fəaliyyət göstərmək üçün müraciət edə bilərlər”.

Qeyd edilib ki, könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərə BŞTİ tərəfindən müvafiq arayış veriləcək: “Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2014-cü ildən etibarən könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək BŞTİ tərəfindən həyata keçirilmiş Könüllülük Proqramlarında 200 nəfərə yaxın gənc iştirak edib. Onlardan 19 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır”.

Mission News Theme by Compete Themes.