Press "Enter" to skip to content

Priştinada Osmanlı yadigarı

1746-cı ildə Yaşar Paşa tərəfindən inşa edilən saat qülləsi

BAYRAQDAR MEDİA – Kosovonun paytaxtı Priştinada Osmanlı yadigarlarından biri olan saat qülləsi təmir işləri tamamlandıqdan sonra yenidən istifadəyə verilib.

Bu barədə məlumatda qeyd edilib ki, Priştina Bələdiyyə Başçısı Perparim Rama şəhərin tarixi bölgəsinin mərkəzindəki saat qülləsinin işıqlandırma sistemi, daxili və xarici təmir işlərinin başa çatması ilə yenidən açıldığını açıqlayıb.

1746-cı ildə Yaşar Paşa tərəfindən inşa edilən saat qülləsinin təmir işlərinin maliyyəsini Priştina və Avropa Birliyi öz üzərinə götürüb.

Mission News Theme by Compete Themes.