Press "Enter" to skip to content

İstanbulda bir sıra görüşlər keçirilib

Görüşlər zamanı

Son yeniləmə: 7 Oktyabr 2022 10:57

BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti İstanbula səfər çərçivəsində Türkiyənin dövlət və özəl qurumları ilə bir sıra görüşlər keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 7-də KOBİA-dan məlumat verilib.

Bildirilib ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun Türkiyənin “Getir” şirkətinin baş icraçı direktoru Hatice Evren, Anadolu Aslanları İş Adamları Dərnəyinin (ASKON) baş direktoru Orhan Aydın, Türk Girişim və İş Dünyası Konfederasiyasının (TÜRKONFED) İdarə Heyətinin sədri Süleyman Sönmez, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalı, Beynəlxalq Biznes Forumun (IBF) prezidenti Erol Yarar vəTürkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) prezidenti Nail Olpakla görüşlərində Azərbaycan və Türkiyə KOB-ları arasında əlaqələrin inkişafına, bu sahədə birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, səfər zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin “CCN Group”un İdarə Heyətinin üzvü Burak Vardan və heyəti ilə görüşərək ölkəmizdə Dövlət-Özəl Sektor Tərəfdaşlığı çərçivəsində həyata keçirilə biləcək səhiyyə layihələrinə investisiya qoyuluşu imkanlarını müzakirə edib: “Türkiyənin “MNG” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Mehmet Nazif Günal ilə keçirilmiş görüşdə isə nəqliyyat və logistika sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb”.

Məlumata əsaəsn, səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İstanbulda keçirilmiş 2-ci Türkiyə-Azərbaycan Enerji Forumunda iştirak edib: “O.Məmmədov Forumda KOB-ların enerji sektorunda fəaliyyəti barədə çıxış edib. Qeyd edilib ki, enerji sektoru ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafı üçün yeni perspektivlər yaradır. Hər iki ölkədə bizneslərin 99%-ni KOB subyektləri təşkil edir və onların bir hissəsi enerji sektorunda təmsil olunur. Enerji sektorunda KOB subyektləri arasında iqtisadi əlaqələrin genişləndirilməsi ümumi ticarət dövriyyəsinin və investisiyaların həcminin artırılmasına əhəmiyyətli töhfə verə bilər”.

Mission News Theme by Compete Themes.