Son yeniləmə: 7 Oktyabr 2022 14:34
Emin Həsənli: Hulusi Akarın bu səfəri Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını daha da dərinləşdirəcək
BAYRAQDAR MEDİA – “Türkiyə ilə Azərbaycan qardaş dövlətlərdir. Ən ağır zamanlarında bir-birilərinin yanında olublar. İki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə yüksək əməkdaşlıq mövcuddur”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusnun formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin rolu böyükdür: “Türkiyə ilə birgə hərbi təlimlər keçirilir. Azərbaycan zabitləri qardaş Türkiyənin hərbi məktəblərində oxuyublar. Bu əlaqələr ən üst səviyyədədir. İki qardaş ölkə arasında əlaqələrin sarsılmaz olduğu 44 günlük Vətən müharibəsində bir daha sübut olundu. Həmin müharibədə başda Recep Tayyip Erdoğan olmaqla 84 milyonluq qardaş Türkiyə ilk gündən Azərbaycana mənəvi-siyasi dəstək verdi. Təbii ki, müharibədən sonra da əməkdaşlıq hər keçən gün daha da güclənir”.
E.Həsənlinin sözlərinə görə, Şuşa Bəyannaməsinin imzalanması ilə strateji müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə qardaşlığı yeni mərhələyə qədəm qoyub: “Bu mərhələyə uyğun olaraq iki ölkənin ordusu arasında təmaslar daha da sıxlaşıb. Birgə təlimlər bütün qoşun növlərini əhatə edir”.
“Hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü ordusu formalaşıb. Cənab Prezident qarşıya məqsəd qoyub ki, Azərbaycan Ordusu Türkiyə modelinə keçməlidir. Bu istiqamətdə xeyli məqsədyönlü və ardıcıl işlər həyata keçirilir”, – deyə o, əlavə edib.
Müsahibimiz deyib ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Azərbaycana növbəti səfəri də bu əlaqələrin intensivlıyindən xəbər verir: “Bu günlərdə reallaşan növbəti səfər Azərbaycan-Türkiyə əməkdaşlığını daha da dərinləşdirəcək və inkişaf etdirəcək”.