BAYRAQDAR MEDİA – Dövlət Vergi Xidməti vergiödəyiciləri üçün sadələşdirilmiş verginin və digər bəyannamələrin təqdim olunma müddəti ilə bağlı açıqlama verib.
Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, cari ilin 3-cü rübü üzrə sadələşdirilmiş verginin bəyannaməsi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) bu il oktyabrın 20-dən gec olmayaraq təqdim edilməlidir.
Qeyd olunan bəyannamələr vaxtında təqdim edilmədiyi halda vergiödəyicisinə münasibətdə (hər bir bəyannamə üzrə) 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.