Son yeniləmə: 7 Oktyabr 2022 14:46
BAYRAQDAR MEDİA – Serbiyada aprelin 3-də keçirilən növbədənkənar seçkilərdən altı ay keçməsinə və parlamentdə çoxluğun olmasına baxmayaraq, yeni hökumət hələ də formalaşmayıb.
Bu barədə Balkan News məlumat yayıb.
Bildirilib ki, Serbiya prezidenti Aleksandar Vuçiç avqustun 27-də yeni hökuməti qurmaq vəzifəsini Baş nazir Ana Brnabiçin üzərinə götürəcəyini, Brnabiç isə hökumətin oktyabrda qurulacağını açıqlamışdı.