Son yeniləmə: 6 Oktyabr 2022 11:33
BAYRAQDAR MEDİA – Oktyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, 2022-ci ildə ödənilən 200 manat maddi yardımın növbəti rüb üzrə veriləcək 50 manatı da oktyabr ayının pensiyasının üzərinə əlavə olunacaq.
Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.