Press "Enter" to skip to content

Agentlikdə QHT rəhbəri olan müəllimlərlə görüş

Görüş zamanı

BAYRAQDAR MEDİAQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Qeyri-hökumət təşkilatlarında rəhbər olan müəllimlərin şəbəkələşmə görüşü keçirilib.

Agentlikdən BAYRAQDAR MEDİA-ya bildirilib ki, görüşdə Agentliyin Müşahidə Şurasının üzvləri İlqar Orucov, İsrail İsgəndərov və qeyri-hökumət təşkilatlarında rəhbər olan müəllimlər iştirak ediblər.

Məlumata əsasən İ.Orucov vurğulayıb ki, müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir: “Cəmiyyət ən əziz, ən qiymətli sərvətini – uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Bəli, müəllimlik çox şərəfli peşədir – vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir. Ümummilli lider Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. QHT sahəsində çalışan müəllimlər başda olmaqla bütün müəllimlərimizi təbrik edirik”.

Sonra çıxış edən İ.İsgəndərov bildirib ki, bu əlamətdar gün hər il Azərbaycanda böyük təntənə ilə qeyd olunur: “QHT sahəsində çalışan müəllimlərimizin də bu əlamətdar hadisədə payı vardır. Buna görə də müəllimlərimizi böyük ehtiram və hörmətlə xatırlayırıq. Öyrəndiklərimizə görə həmişə onlara minnətdarıq. Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır. Məndə öz növbəmdə bütün müəllimləri təbrik edir və hər zaman uğurlar diləyirəm”.

Daha sonra çıxış edənlər qeyri-hökumət təşkilatlarında rəhbər olan müəllimlər belə gözəl gündə təşkil edilən görüşə görə təşəkkür ediblər və bildiriblər ki, hər zaman bu sahəni tədris etməkdən zövq alırlar: “Qeyd ediblər ki, xalq arasında belə bir fikir də mövcuddur – müəllim dəyişəndə cəmiyyət də dəyişir. Bu onunla bağlıdır ki, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müəllim müstəsna rol oynamaqla bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə malikdir”.

Mission News Theme by Compete Themes.