Press "Enter" to skip to content

Yalçın Topçu tanınmış özbək ziyalısını andı

Yalçın Topçu (ortada) tədbirdə çıxış edərkən

Çolpan Atanın mübarizəsi haqqında məlumatlar gələcək nəsillərə çatdırılmalıdır

BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanının Başdanışmanı Yalçın Topçu  sovetlər tərəfindən qətlə yetirilən özbək şairi Süleyman Çolpanın vəfatının ildönümündə xatirəsini yad edib.

Məlumata əsasən  Ankarada Yerli Fikir Dərnəyində keçirilən tədbirdə  Y.Topçu deyib: “Türküstan və türk birliyi davasının təcəssümü olan çoxşaxəli qabaqcıl ziyalımız Əbdülhəmid Süleyman Çolpan Atanın davası, düşüncəsi və mübarizəsinin türk-İslam dünyasının gələcəyi olan nəsillərə ötürülməsinin vacibliyinə ürəkdən inanırıq. Türküstanın və türk-İslam Dünyasının birliyi və harmoniyası yolunda canını fəda edən Əbdülhəmid Süleyman Çolpanı şəhadətinin ildönümündə hörmət və rəhmətlə yad edirik”.

Əbdülhəmid Süleyman Çolpan
Əbdülhəmid Süleyman Çolpan

Məlumatda bildirilir ki, türk dünyasında Çolpan Ata kimi tanınan, tam adı Əbdülhəmid Süleyman Çolpan olan tanınmış özbək ziyalısı 1893-cü ildə Türküstanın Fərqanə vilayətinə bağlı Əndican şəhərində anadan olub: “Çolpan təxəllüsündən istifadə edən özbək şairi həm mədrəsədə, həm də rus məktəblərində təhsil alıb. O, ərəb, fars, rus və ingilis dillərini öyrənib. Mövlana, Sədi, Hafiz, Xəyyam, Nəvayi, Füzuli kimi türk və İslam klassiklərini oxuyub. Çolpanın yaddaqalan əsəri olan “Gözəl Türküstan” poemasına yazılan musiqi dildən-dilə yayılıb. Əbdülhəmid Süleyman Çolpan 1917-1918-ci illərdə Kazan Orenburqda “Vakit” qəzetində işləyərkən Başqırd Milli Hökumətinin katibi vəzifəsini də icra edib. Əsərlərində müstəqillik, qadın hüquqları, təhsil kimi müxtəlif mövzulara yer verən Çolpan, cəmiyyəti maarifləndirmək üçün dünya ədəbiyyatlarını da özbək dilinə çevirib”.

Mission News Theme by Compete Themes.