Son yeniləmə: 5 Oktyabr 2022 10:06
BAYRAQDAR MEDİA – Oktyabrın 5-də Ankara keçiriləcək tədbirdə Kazan xanlığının hökmdarı Süyümbike və 1552-ci il Kazan tatar şəhidlər anılacaq.
Bu barədə verilən məlumata görə, tədbir Ankara Hamamönü Kabakçı Köşkündə “Kızıl Elma” Qadınlar Dərnəyi tərəfindən təşkil ediləcək: “Kazan xanlığının ruslar tərəfindən işğalı, tatarların qadın hökmdarı Süyümbikenin anım günü və 1552-ci il Kazan şəhidləri günü münasibətilə Ankarada anma toplantısı keçiriləcək. Anım mərasimi “Kızıl Elma” Qadınlar Dərnəyi “Çöllərin tanınmış qadınları” adlı tədbir çərçivəsində olacaq”.
O da bildirilib ki, 1552-ci il oktyabrın 15-i Rusiya tarixinin qanl işğallarından biri kimi tarixə düşüb. Həmin gün Kazan şəhəri ruslar tərəfindən işğal edilib. Biu işğaldan sonra Kazan xanlığı süqut edib.