Son yeniləmə: 5 Oktyabr 2022 12:26
BAYRAQDAR MEDİA – Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4 min 233 nəfər müraciət edib: “Oktyabrın 5-i saat 10:15-dək olan məlumata görə, 428 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib. Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq”.