Press "Enter" to skip to content

“Müzəffər əsgərimiz” layihəsinin təqdimatı davam edir

Təqdimat zamanı

BAYRAQDAR MEDİA – “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Müzəffər əsgərimiz” layihəsinin regionlarda təqdimatı davam edir.

İctimai Birliyin mətbuat xidmətindən BAYRAQDAR MEDİA-ya bildiriblər ki, layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini dərin ehtiramla yad etməkdir.

Məlumata görə, indiyədək layihə çərçivəsində hazırlanmış videoçarxların ümumilikdə 17 şəhər və rayonda, 1000-ə yaxın gəncin iştirakı ilə təqdimatı keçirilib: “Anım Günü çərçivəsində keçirilən təqdimatların 8 Noyabr – Zəfər Gününədək respublikamızın bütün bölgələrini əhatə etməsi planlaşdırılır”.

Mission News Theme by Compete Themes.