Press "Enter" to skip to content

İkinci Forum İstanbulda keçiriləcək

Son yeniləmə: 5 Oktyabr 2022 15:23

BAYRAQDAR MEDİA – Türkiyənin İstanbul şəhərində Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iki gün davam edəcək Forumun birinci günündə karbohidrogen və neft-kimya məhsulları, bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, həmçinin enerji tənzimləmə istiqamətləri üzrə fəaliyyət göstərən birgə işçi qruplarının iclasları keçiriləcək: “Tədbirin ikinci günündə, oktyabrın 6-da isə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməz də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərinçıxışları, həmçinin Forumun yekunlarına dair protokolun imzalanması nəzərdə tutulur”.

Qeyd edilib ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilətəsis edilib və ilk Forum 21-22 dekabr 2021-ci il tarixində Bakı şəhərində keçirilib.

Mission News Theme by Compete Themes.