Son yeniləmə: 5 Oktyabr 2022 14:42
BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 4-də növbəti hərrac keçirilib. Hərracda 1 obyekt, 13 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 5-də Nazirlikdən məlumat verilib.
Məlumata əsasən, özəlləşdirilən obyekt Ağsu rayonunda yerləşən qeyri-yaşayış binasıdır: “Nəqliyyat vasitələrinin hərracına maraq böyük olub və bəzi avtomobillər rəqabətli şəkildə satılıb. Satılan avtomobillər əsasən Rusiya istehsalıdır və buraxılış tarixi 1995-2013 illər arasında dəyişir. Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür. Məlumat üçün bildiririk ki, bu ay üzrə növbəti hərraclar 11, 18, 25 oktyabr tarixlərində keçiriləcək”.