Press "Enter" to skip to content

BŞTİ-də təltifolunma mərasimi

Yaş həddinə çatdığına görə əmək müqaviləsinə xitam verilmiş məktəb direktorları təltif edilib

Son yeniləmə: 5 Oktyabr 2022 12:51

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən çalışmanın yaş həddinə çatdığına görə əmək müqaviləsinə xitam verilmiş məktəb direktorları təltif edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrn 5-də qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, idarənin müvafiq struktur bölmə rəhbərləri və BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri iştirak edib: “Çıxış edən İdarə müdiri Mehriban Vəliyeva təltif olunan çalışmanın yaş həddinə çatdığına görə əmək müqaviləsinə xitam verilmiş məktəb rəhbərlərinə səmərəli fəaliyyətlərinə, təhsilin inkişafındakı xidmətlərinə görə təşəkkürünü bildirib, onlara uğurlar arzulayıb. Sonra səmərəli fəaliyyətinə görə təltif olunanlara Təşəkkürnamə və hədiyyələr təqdim olunub”.

Təltif olunmuş şəxslər öz növbəsində onların əməyinə verilən dəyərə görə minnətdarlıqlarını bildirib və bundan sonra da təhsil sahəsindəki dinamik inkişafın durmadan artacağına əminliklərini ifadə ediblər.

Mission News Theme by Compete Themes.