Son yeniləmə: 4 Oktyabr 2022 12:46
BAYRAQDAR MEDİA – Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində “Xəzərin rəqsi” adlı rəqs müsabiqəsinin Sabunçu rayonu üzrə ilk seçim turu keçirilib.
Baş İdarədən bildirilib ki, müsabiqənin ilk seçim turunda 3 yaş qrupu üzrə (6-10,11-15, 16-18) ümumilikdə 90 nəfər iştirak edib: “Münsiflər heyətində Xalq artisti Təranə Muradova, Əməkdar artistlər Rəşad Haşımov, Elçin Allahverdiyev, Gülməmməd Şahverdiyev və rəssam- dizayner Ruhiyyə Əliyeva iştirak ediblər”.
Qeyd edilib ki, “Xəzərin rəqsi” adlı rəqs müsabiqəsi hər il oktyabr-dekabr aylarında keçirilir: “Müsabiqənin keçirilməsində məqsəd rəqsdə inkişaf etdirmək, rəqs sənətinin qədim ənənələri qoruyub saxlamaq, milli çalarların təfsirinə yeni vüsət vermək, bu sənətin təbliğini genişləndirmək, həmçinin istedadları aşkar etmək, onların peşəkar inkişafının istiqamətləndirməkdir. Müsabiqənin növbəti seçim turu oktyabrın 15-də Suraxanı rayonu üzrə Əmircan qəsəbə Mədəniyyət evində keçiriləcək”.