Son yeniləmə: 4 Oktyabr 2022 14:41
BAYRAQDAR MEDİA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən Kuzey Makedoniyaya önəmli dəstək verilib. Belə ki, qurum bu ölkədə Dövlət Arxivləri Osmanlı dövrü bölümünün qurulması layihəsini uğurla reallaşdırıb.
Bununla bağlı məlumatda deyilir ki, mərasimdə TİKA-nın sədr müavini Mahmud Çevik və Kuzey Makedoniya Dövlət Arxivinin müdiri Emil Krsteski ilə yanaşı, TİKA rəsmiləri, Türkiyənin bu ölkədəki qurum və təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
TİKA-nın sədr müavini M.Çevik mətbuata açıqlamasında Osmanlı İmperatorluğunun təxminən 500 ilə yaxın müddət ərzində bu coğrafiyada həyat tərzi formalaşdırdığını və o vaxtdan bu yana 16 mindən çox maddi və qeyri-maddi mədəni irsin inşa edildiyini bildirib.
Kuzey Makedoniya Dövlət Arxivinin direktoru E.Krsteski qeyd edib ki, sözügedən quruma rəhbər təyin olunan kimi Osmanlı dövründən bir bölmə açacağına söz verib: “Bu, TİKA-nın hədiyyə etdiyi avadanlıqlarla bu gün baş verir. TİKA ilə əla münasibətlərimiz və yaxşı əməkdaşlığımız var. Türkiyə ilə əlaqələr ümumiyyətlə çox yüksək dostluq səviyyəsindədir. Ümid edirəm ki, Osmanlı dövrünə və daha yaxın tarixə aid sənədlərin qarşılıqlı ekspert mübadiləsi və rəqəmsallaşdırılması baxımından peşəkar əməkdaşlıq gələcəkdə də davam edəcək”.