Press "Enter" to skip to content

Qazaxıstan son nöqtəni qoydu

Son yeniləmə: 4 Oktyabr 2022 15:43

KTMT-nin Rusiya-Ukrayna müharibəsinə qatılması gündəmdə deyil

BAYRAQDAR MEDİA – Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin hərbi birləşmələri Rusiya və Ukrayna arasında gedən müharibədə iştirak etmir.

Məlumata əsasən, həftəlik mətbuat konfransında o, Qazaxıstanın beynəlxalq hüquq və BMT prinsipləri çərçivəsində dövlətlərin ərazi bütövlüyü, suverenlik bərabərliyi və dinc yanaşı yaşamasının tərəfdarı olduğunu vurğulayıb.

Məlumatda qeyd edilib ki, Rusiya Ukraynaya qarşı böyük uğursuzluğa düçar olduqdan sonra qismən səfərbərlik yolu ilə rus ordusunun varlığını yenidən artırmaq istəyirdi: “Daha sonra Rusiyanın rəhbərlik etdiyi KTMT çərçivəsində üzv dövlətlərin Ukrayna müharibəsinə qoşun yeritməsi gündəmə gəlib”.

Lakin göründüyü kimi Qazaxıstan bu məsələdə son nöqtəini qoyub. Məlum mətbuat konfransında A.Smadiyarov KTMT-nin missiya ərazisinin təşkilata üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərini əhatə etdiyinə işarə edib. Mətbuat katibi “Kollektiv təhlükəsizlik yalnız bu sərhədlər üçün keçərlidir. Ona görə də KTMT-nin Rusiya-Ukrayna münaqişəsi zonasında iştirakı məsələsi gündəmdə deyil”, – deyə vurğulayıb.

Mission News Theme by Compete Themes.