BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarında Nəzarət Dövlət Xidmətinin tabeliyində Azərbaycan Metrologiya İnstitutu (AzMİ) “Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutu” (TÜBİTAK ÜME) ilə Anlaşma Memorandumu imzalayıb. Sənəd metrologiya sahəsinin təkmilləşdirilməsi və yeni ölçmə imkanlarının artırılması məqsədilə imzalanıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 4-də Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, sənədə əsasən, tərəflər səmərəliliyin artırılması üçün milli etalonların inkişafı və yenilənməsi, dövlət etalonlarının qorunması istiqamətində birgə tədqiqat fəaliyyəti, müxtəlif növ ölçmələr üçün yeni metodologiyaların hazırlanması, sahə üzrə ekspert və məsləhətçilərin cəlb edilməsi istiqamətində birgə layihələr həyata keçirəcəklər: “İşgüzar görüş çərçivəsində TÜBİTAK ÜME-nin rəhbəri Mustafa Çetintaş AzMİ-nin ölçmə laboratoriyaları və dövlət etalon saxlayıcılarının fəaliyyəti ilə tanış olub, qurumlar arasında qarşılıqlı təcrübə mübadiləsi və keyfiyyət infrastrukturu sahəsində əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bildirib”.
T
ÜBİTAK ÜME-nin rəhbəri Mustafa Çetintaş həmçinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə görüşüb: “Görüşdə AzMİ-də yeni laboratoriyaların yaradılması, mövcud etalon laboratoriyalarının təkmilləşdirilməsi və imzalanmış Memorandum çərçivəsində əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb”.