Press "Enter" to skip to content

Metodiki seminarlar başlayıb

BŞTİ müdiri Mehriban Vəliyeva və İdarənin müvafiq struktur bölmə rəhbərləri metodiki seminarların gedişini müşahidə ediblər

BAYRAQDAR MEDİABakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti üçün metodiki seminarlara başlanıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrn 4-də qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, seminarların ilk sessiyası Nəsimi rayonunun ümumi təhsil məktəblərini əhatə edib: “BŞTİ müdiri Mehriban Vəliyeva və İdarənin müvafiq struktur bölmə rəhbərləri metodiki seminarların gedişini müşahidə ediblər. M.Vəliyeva “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə”sinə istinad edərək müəyyənləşdirilmiş strateji məqsəd və qarşıda duran hədəflər, məktəb idarəetməsi, müəllim-şagird, məktəb-valideyn münasibətlərinin tənzimlənməsinə diqqətin artırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi məsələlərinə toxunub. M.Vəliyeva müvafiq məsələlər barədə tapşırıq və tövsiyələrini verib, metodiki seminarların praktik əhəmiyyəti haqqında fikirlərini bildirib”.

Sessiyalarda BŞTİ-nin müvafiq struktur bölmə əməkdaşları, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, fənn metodbirləşmə rəhbərləri, məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər: “Sessiyalarda ümumi təhsil məktəblərində təmayülləşmə, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təlimdə keyfiyyətin artırılmasının üsul və formaları, valideyn-şagird-məktəb əlaqələri, tərbiyə işinin təşkili, dərsin daha səmərəli və effektiv təşkili üçün metodiki yanaşmalar, ictimaiyyətlə əlaqələr, məktəb saytlarının təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması və digər mövzularda təlimati tövsiyələr verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb”.

Məlumatda o da qeyd edilib ki, metodiki seminarlar paytaxtın 12 inzibati rayonu üzrə keçiriləcək: “Seminarların keçirilməsinin əsas məqsədi tədrisin səmərəli təşkili işinə dəstək vermək, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir”.

Mission News Theme by Compete Themes.