Press "Enter" to skip to content

İran daha bir müsəlman ölkəsini təhdid edir…

Son yeniləmə: 4 Oktyabr 2022 09:19

BAYRAQDAR MEDİA – Son vaxtlar daxili gərginlik və etirazlara səhnə olan İran xarici ölkələrə qarşı hədələr yağdırmaqdan da çəkinmir. İranın hədəsinin növbəti hədəfi isə Albaniya olub.

Bu barədə Balkan News məlumat yayıb.

Məlumata əsasən, İranda dövlət tərəfindən nəşr edilən bir qəzet bu ölkənin Albaniya ilə bağlı planından yazıb. Yazıda vurğulanıb ki, İranın Xalq Mücahidləri Təşkilatının Albaniyadakı bazasını dronlarla vurmaq gücü var: “Qəzet anti-İran qrupunun Tirandakı bazanı radara düşməyən İHA ilə vura biləcək sistemlərə sahib olduğunu iddia edib. Qəzet həmçinin İrandakı son etirazların arxasında Albaniyanın ölkədə minlərlə üzvü qəbul etdiyi terror təşkilatının rol oynadığını iddia edib”.

Məlumatda o da bildirilib ki, Albaniya İranı iyul ayında ölkəyə qarşı kiberhücumlar törətməkdə ittiham edib və İranla diplomatik münasibətləri kəsmək qərarına gəlib. Albaniyanın baş naziri Edi Rama iranlı diplomatlara və səfirlik işçilərinə ölkəni tərk etmələri üçün 24 saat vaxt verib və reaksiyanın ölkənin rəqəmsal infrastrukturunu hədəf alan hücumun ölçüsü ilə mütənasib olduğunu deyib.

Mission News Theme by Compete Themes.