Press "Enter" to skip to content

Ersin Tatardan xəbərdarlıq

KKTC Cumhurbaşkanı Ersin Tatar

Son yeniləmə: 4 Oktyabr 2022 16:48

Yunanistanın Egedə silahlanması Kıbrıs trk xalqının narahat edir

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) parlamentində yeni qanunvericilik ili başlayıb. Yeni qanunvericilik dövrünün ilk iclasında Yunanıstanın Şərqi Aralıq dənizindəki təcavüzkar siyasətləri gündəmə gəlib.

Kırım Haber Ajansının məlumatına görə, iclasda KKTC Cümhurbaşqanı Ersin Tatar, Baş nazir Ünal Üstel və 2-ci Prezident Mehmet Əli Talat də iştirak edib.

Bildirilib ki, görüşdən sonra E.Tatar mətbuata açıqlama verib. O, yeni qanunvericilik ilinin firavan keçməsini arzu edərək, mühüm qanunların sürətlə qəbul edilməsinin, ölkədə islahatların aparılmasının və mövcud şəraitdən çıxmağın vacib olduğunu bildirib.

Mətbuat konfransıda regiondakı son durum barədə də danışan E.Tatar “Yunanıstanın Egedə silahlanması və ABŞ-ın Kıbrısın rum kəsiminə silah embarqosunu qaldırması Kıbrıs xalqını narahat edir”, -deyib.

Mission News Theme by Compete Themes.