Press "Enter" to skip to content

Bosniya və Herseqovinanın tarixində bir ilk

BAYRAQDAR MEİDA – Oktyabrın 2-də Bosniya və Herseqovinada Rəyasət Heyətinin üzvləri, iki inzibati vahid üzrə rəhbərlərin, kanton üzvləri və deputatların müəyyən olunduğu seçkilərin keçirildiyi barədə xəbər vermişdik.

Bosniya və Herseqovinada ilkin nəticələr

Bu arada isə bəlli olub ki, Müstəqil Sosial Demokratlar İttifaqının namizədi Zeljka Cviyanoviç ölkə tarixinə düşüb. Belə ki, o, Bosniya və Herseqovina Rəyasət Heyətinə seçilən ilk qadın olub.

Bu barədə Balkan News məlumat yayıb.

Məlumatda bildirilir ki, Z.Cviyanoviç Bosniya və Herseqovinadakı seçkilərdə səslərin 60 faizini toplayaraq Rəyasət Heyətinin serb əsilli üzvü seçilib.O, Bosniya və Herseqovinadakı iki inzibati vahiddən biri olan Serb Respublikasının maraqları uğrunda mübarizə aparacağını bildirib.

O, Rəyasət Heyəti üzvlüyünü Miloard Dodikdən təhvil alacaq. Z.Cvijanovic siyasətdə M.Dodikdən daha mötədil siyasətçi kimi tanınır. Bununla belə o, ən kritik addımlarda M.Dodik siyasətinə sadiq qalan biri kimi də önə çıxıb.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.