Son yeniləmə: 3 Oktyabr 2022 14:01
BAYRAQDAR MEDİA – Sentyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 24 min 435 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 3-də BSTİ-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 13 min 31 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 5 min 118 vətəndaş müraciət edib: “Sentyabr ayında BŞTİ-yə 4 min 576 sənəd (vətəndaşlar tərəfindən 2 052 ərizə, Elm və Təhsil Nazirliyindən 562, digər qurumlardan 202, məktəblərdən 1 min 270 məktub və 490 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 1 min 710 elektron müraciətə baxılıb”.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul, informasiya təminatı və digər məsələləri əhatə edib.