Press "Enter" to skip to content

Reklam qanunvericiliyi ilə bağlı seminar

Seminar zamanı

Son yeniləmə: 3 Oktyabr 2022 18:20

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəqliyyat vasitələrində reklam yerləşdirən sahibkarların, müəssisə və təşkilatların maarifləndirilməsi məqsədilə seminar keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 3-də Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, tədbir iştirakçıları Baş Dövlət Yol Polisi İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “Bakı Metropoliteni” QSC və Bakı Nəqliyyat Agentliyinin nümayəndələri tərəfindən aidiyyəti üzrə reklam qanunvericiliyinin tələbləri barədə məlumatlandırılıblar: “Seminarda nəqliyyat vasitələrində reklam yerləşdirən sahibkarların hüquq və öhdəlikləri, haqsız rəqabət və reklam qanunvericiliklərinin tələbləri, eləcə də bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verilib, təkliflər dinlənilib və tədbir iştirakçılarının sualları cavablandırılıb”.

Mission News Theme by Compete Themes.