BAYRAQDAR MEDİA – Nazirlər Kabinetində Bakı şəhərində nəqliyyat sahəsinin vəziyyətinə həsr olunan işçi müşavirə keçirilib.
Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya qurumun Mətbuat xidmətindən veriblər.
“Oktyabrın 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə nəqliyyat sahəsində mövcud vəziyyətə, problemlərin və qarşıda duran vəzifələrin həllinə həsr olunan işçi müşavirə keçirilib. Müşavirədə aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənilib, paytaxtda yol-nəqliyyat sahəsində mövcud problemlər geniş müzakirə olunub, qarşıda duran vəzifələrin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib”, – deyə xəbərdə bildirilir.
Qeyd edək ki, son vaxtlar Bakı şəhərində nəqliyyatın hərəkəti fəlakət həddinə çatıb. Bir çox küçə və prospektlərdə bəzən saatlarla davam edən tıxaclar müşahidə edilir. Bu isə sakinlərin haqlı narazılığına səbəb olur. O baxımdan NK-nın məsələni müzakirəsi ümidlər yaradır.