Press "Enter" to skip to content

“Ahıllar evi”nin sakinləri Akademik Musiqili Teatrda

Ahıllar "Ər və arvad" tamaşasın abaxıblar

Son yeniləmə: 3 Oktyabr 2022 09:16

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri “Ər və arvad” tamaşasına baxıblar. Onlar teatra Beynəlxalq Ahıllar Günü çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə dəvət olunublar.

Bu barədə BAYRAQDAR MEDİA-ya Teatrdan məlumat verilib.

Bildirilib ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin əsrlərin sınağından çıxan ölməz əsəri, şərqin ilk operettası ahıllar tərəfindən böyük rəğbətlə izlənilib: “Azərbaycan mədəniyyəti tarixində önəmli yeri olan və yarandığı tarixdən indiyə qədər repertuardan düşməyən, teatrsevərlər tərəfindən hər zaman sevilən bu səhnə əsəri nəinki ölkəmizdə, həm də onun hüdudlarından kənarda da daim uğurla nümayiş olunur, həmçinin çox böyük maraq və coşqu ilə qarşılanır”.

Qeyd edilib ki, teatrın möhtəşəm səhnəsində 85-ci dəfə oynanılan bu tamaşada rolları Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Telnaz Hüseynova, Elxan İsmayılov, Hüseyn Əlili, Fərid Rzayev, Ruslan Mürsəlov, Cəbrayıl Cəbrayılov və başqaları ifa ediblər.

Tamaşanın sonunda ahıllara yaradıcı heyətlə səhnəarxası görüş üçün şərait yaradılıb.

Mission News Theme by Compete Themes.