BAYRAQDAR MEDİA – Oktyabr ayında qardaş Türkiyənin paytaxtı Ankarada zəngin mədəni tədbirlər keçiriləcək.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumatda deyilir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və rəhbərliyi ilə teatr, konsert, seminar və film nümayişləri ilə zəngin bir proqram hazırlanıb.
Bildirilib ki, bu çərçivədə Uyğur mədəniyyətinin qədim şəhəri olan Kaşqardan Tunaya qədər uzanan mədəniyyətin təbiliğinə həsr edilmiş bir konsert proqramı təşkil ediləcək. “Kaşqardan Tunaya” adlı konsert oktyabrın 9-da Ankara Prezident Simpozium Orkestrinin (CSO) zalında baş tutacaq.