Son yeniləmə: 30 Sentyabr 2022 15:09
BAYRAQDAR MEDİA – İraq İraq Türkmən Cəbhəsi (İTC) yeni hokumətin qurulması istiqamətində ortaya konkret mövqe qoyub.
Bu arada isə bəlli olub ki, İTC-nin Kərkük millət vəkili Erşet Salihi və digər türkmən deputatları “Koordinasiya Çərçivəsi”nin Baş nazirliyə namizədi Məhəmməd Şiya el-Sudani ilə Bağdadda görüşüb.
Türkmeneli TV xəbər verir ki, görüşdə İTC Kərkük millət vəkili Ərşad Salihi, Fəth Koalisiyasının türkmən millət vəkili Qarip Əskər, Takaddum Koalisiyasının Mosul millət vəkili Lokman əl-Reşidi, Fəth koalisiyasının Mosul millət vəkili Münteha Karakoyunlu, İslahat Hərəkatının Mosul millət vəkili Züleyha İlyas iştirak edib.
Görüşdə İraqın siyasi durumu və təhlükəsizliyi vəziyyəti müzakirə edilib: “Siyasi dalana dirənişdən yeganə çıxış yolunun dialoq olduğu və milli maraqların hər şeydən üstün olmasının vacibliyi vurğulanıb”.
Türkmən bloku ölkəni idarə etməyə qadir güclü milli hökumətin yaradılmasını istəyərkən, türkmənlərin milli hüquqlarına riayət olunmasını, növbəti hökumət və dövlətdə hakim mövqelərdə türkmən komponentinin də təmsil olunmasının vacibliyini önə sürüb.
Məhəmməd Şiya el-Sudani türkmənlərin BƏƏS rejimindən bəri İraqın qurulmasında və terrorla mübarizədə göstərdikləri böyük fədakarlıqlarla fəxr etdiklərini bildirib.