BAYRAQDAR MEDİA – Türkiyənin Yeni Bazar baş konsulu Başar Başol bu günlərdə maraqlı açıqlma verib. O, Serbiyanın Sancak bölgəsində bosniyalıların sıx məskunlaşdığı şəhərlərdən biri olan Tutində Türk Mədəniyyət Mərkəzinin açılacağını açıqlayıb.
Balkan News xəbər verir ki, konsul Türkiyənin Belqrad səfiri Hami Aksoy və Tutin bələdiyyə başqanı Salih Hot tərəfindən imzalanacaq protokolla yaxın vaxtlarda Türk Mədəniyyət Mərkəzinin açılacağını bildirib.
Bu Mərkəz sayəsində gənclərin türk dilini peşəkar təlimçilərdən öyrənə biləcəyini deyən B.Başol, türk dilini öyrənən gənclərin həm Türkiyədəki universitetlərdə təhsil almaqda, həm də Serbiyada fəaliyyət göstərən türk şirkətlərində iş tapmaqda bir addım öndə olacağına diqqət çəkib.
Məlumata əsasən, RTV Novi Pazar-a danışan B.Başol, digər məqamlara da toxunub.