Press "Enter" to skip to content

“Meh” Ədəbi Dərnəyinin görüşü keçirilib

Görüşdən xatirə şəkli

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən “Meh” Ədəbi Dərnəyinin rəhbər heyəti ilə Universitetin İnsan resursları şöbəsinin üzvləri arasında görüş keçirilib.

Xəbəri BAYRAQDAR MEDİA-ya sentyabrın 30-da Dərnəyin rəhbəri Raman İsmayılov verib.

Xəbərdə deyilir ki, görüş zamanı R.İsmayılov sözügedən şöbənin yeni təyin edilmiş müdiri Fidan Rəcəbovanı təbrik edərək uğurlar diləyib.

“R.İsmayılov “İnsanın həyata yanaşma prinsipi” adlı mövzu haqqında danışaraq iştirakçıların müxtəlif suallarına cavab verib, təkliflərini dinləyib. Bir-birindən maraqlı fikirlər səsləndirən iştirakçılar bu cür görüşlərin onlar üçün çox faydalı olduğunu bildirib”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, “bu görüşlərin mütəmadi olaraq təşkil olunacağını deyən Raman bəy vurğulayıb ki, “Meh” Ədəbi Dərnəyində üzvlərin inkişafı üçün geniş şərait yaradılmış və təkmilləşdirilmişdir. Tələbələrin inkişafına hesablanmış bütün addımlar birbaşa ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən Prof. Mahirə Hüseynovanın adı və fəaliyyəti ilə bağlıdır”.

Sonda xatirə şəkli də çəkdirilib.

Mission News Theme by Compete Themes.