Son yeniləmə: 30 Sentyabr 2022 14:06
BAYRAQDAR MEDİA – ABŞ-ın Şimali Karolina ştatının Fayetvill (Fayetteville) şəhərində keçirilən 44-cü Ənənəvi Beynəlxalq Folklor Festivalında ölkəmizi Azərbaycan Dostluq Təşkilatı təmsil edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 30-da Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki,Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal bildirib ki, icmamız ilk dəfə bu festivala qatılıb: “Milli geyimlərimizdə olan soydaşlarımız festivalın paradında iştirak ediblər və Azərbaycan pavilyonunda şəhər sakinlərini milli mətbəximizin təamlarına qonaq ediblər. Qeyd edək ki, Fayetvill şəhərinin rəsmiləriölkəmizə və Azərbaycan icmasına xoş münasibətilə seçilir. Bu il şəhər meri Mitç Kolvin 26 fevral tarixini “Xocalının Anım Günü” kimi tanıyan bəyannamə imzalayıb”.